13 sen 2023 12:00
Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxırdılar və ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər:
"İndi həmin şəxslər də çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq. Eyni zamanda, onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq”.