25 sen 2023 12:32
Azərbaycanda bir neçə müddətdir ki, hər kəsi düşündürən sual quru sərhədlərin nə vaxt açılacağı ilə bağlıdır.
Metbuat.az xəbər verir ki, ölkədə quru sərhədləri gələn ilin yanvarın 2-dək bağlı qalacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb.
Bu isə o deməkdir ki, karantin rejimində yumşalma olmayacağı təqdirdə quru sərhədlər ən az gələn ilin yanvarın 2-dək bağlı qalacaq.