26 sen 2023 11:48
Sentyabrın 11-də Milli Məclisin saytında açıq şəkildə yerləşdirilən Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı cəmi bir təklif daxil olub.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
"Bu da ona dəlalət edir ki, dinləmələr keçirilməlidir. Çox istəyərdik ictimai sektor daha real və aktiv şəkildə təkliflərini təqdim etsinlər. Rəqabət bazar iqtisadiyyatının mühərrikidir. Rəqabət nəticəsində effektiv olmayan sahibkarlar bazarı tərk edir. Hazırda, həmçinin "Ticarət haqqında"qanunun hazırlanması üzərində iş gedir. Bu qanun Rəqabət Məcəlləsi ilə birgə kompleks hal daşıyacaq", - deyə T. Mirkişili bildirib.