11 sen 2023 15:52
“Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-ın yanında olmasını heç vaxt unutmayacağıq”.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi “X” hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara başda olmaqla səfirliyin əməkdaşları 11 sentyabr hücumlarının ildönümünü qeyd edib, həyatını itirən insanların xatirəsinin yad edib.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində "Əl-Qaidə" terror təşkilatı silsilə terror aktları törədib.