7 sen 2023 09:50
Azərbaycan ilə Qazaxıstan arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup hərbi qulluqçusu bu ölkədə səfərdə olub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan Silahlı Qüvvələrinin Tərbiyə və İdeoloji İş Departamentinin rəhbərliyi və müvafiq idarələrinin heyətləri ilə görüşlər keçirib.
Görüşlərdə ideoloji işin təşkili, hərbi psixoloqların hazırlığı, orduda mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, müxtəlif mövzulara dair brifinqlər təqdim edilib.
Təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Həmçinin, nümayəndə heyəti Astana şəhərində yerləşən Milli Müdafiə Universitetində tərbiyəçi zabit və psixoloqların müvafiq tədris prosesi ilə tanış olub, Milli Hərbi Vətənpərvərlik Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib.