15 sen 2023 16:17
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 183 milyon 580 min dollar dəyərində 668 min 319 ton buğda idxal edilib.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23.9% və ya 128.9 min ton artıb, məbləğ baxımından isə 5.1% və ya 9.8 milyon dollar azalıb.
2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 193 milyon 660 min dollar dəyərində 539 min 331 ton buğda idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 23.4% və ya 84.1 dollar azalaraq 274.6 dollara (466.8 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 358.7 dollar (609.8 manat) təşkil edib.
Xatırladaq ki, cari ilin ilk 8 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.65%-nə bərabər olub.