METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın neft-qaz gəlirləri tədricən azalacaq -

21 sen 2023 14:18

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2027-ci ildə 16 227,6 mln. manat təşkil edəcək, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 8,5% azalma deməkdir.

Bu barədə Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Proqnoza görə, 2024-cü ildə dövlət büdcəsinin neft-qaz gəlirləri 16 756 mln. manat səviyyəsində olacaq ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 5,54% azdır.

Məlumata görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 17 739,7 mln. manat həcmində proqnozlaşdırılıb, bu da illik müqayisədə (2022-ci il – 15 329,6 mln. manat) 15,7% çoxdur.

Proqnoza əsasən, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 701,3 mln. manat, 2026-cı ildə isə 16 839,3 mln. manat səviyyəsində olacaq.


metbuat.az.