METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna sərmayələr

14 sen 2023 14:18

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 766 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik 15,9% çoxdur.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 249,8 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.


metbuat.az.