23 sen 2023 12:31
Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək.
Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Asim Mollazadə Albaniyanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanacaq, bununla bağlı monitorinq aparacaq.
Səfər sentyabrın 29-da başa çatacaq.