4 sen 2023 10:59
Türkiyədə yaşayan azərbaycanlı soydaşımız Səidə Ömərin özbək mahnısına yazdığı nəzirə maraqla qarşılanıb.
Metbuat.az xəbər verir ki, "Məni Sevib Qalsaydın" adlı nəzirə Özbəkistan Mədəniyyət Naziri, xalq artisti (müğənni) Ozodbek Nazarbekovun repertuarında əsas yer tutan məşhur ifası - "Mani Sevib Qolsayding" mahnısına yazılıb.
Qeyd edək ki, Türk Dünyasına xidmətləri ilə sevilən Səidə Ömər İstanbul Universitetinin fəlsəfə doktorudur, eyni zamanda artıq 4 ildirki Türkiyə televizyasında yayımlanan "Azərbaycan Rüzgarı" programının müəllifi və aparıcısıdır. Onun bir sıra elmi məqaləsi Türkiyə və Yunanıstanda yayımlanmış və "Azərbaycan Medyasında Spirtli İçkilərin Təmsili və Spirtli İçkilərin Cəmiyyətə Mənfi Təsiri" adlı elmi monoqrafiyası Türkiyədə nəşr olunub.