18 sen 2023 13:51
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.
Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, Masallı rayon sakini olan 33 yaşlı Ələkbərov İsmayıl Şamil oğlu bu gün müəssisədə dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.