METBUAT.AZ

Hadisə

Bakıda eyni kəsişmədə ikinci qəza:

5 sen 2023 18:03

Yasamal rayonu Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "BMW F10" markalı avtomobil "Mercedes 190" markalı avtomobillə toqquşub.

Qəza zamanı idarəetməni itirən avtomobillər yaxınlıqdakı digər avtomobillərə də ciddi ziyan vurub. Belə ki, əlavə 5 maşın - "Mitsubishi Pajero", "Kia Optima", "Hyundai Santafe", "Mercedes C-class" və "Mercedes E-Class" da qəza səbəbindən zədələnib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.


metbuat.az.