13 sen 2023 10:17
Binəqədidə itkin düşdüyü deyilən 14 yaşlı qızın, evlənmək məqsədilə qaçdığı məlum olub.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, sentyabrın 10-da Binəqədidə 2009-cu il təvəllüdlü M.N. (ad şərtidir) itkin düşdüyü bildirilib.
Daha sonra 14 yaşlı qızla telefon vasitəsilə əlaəq saxlamaq mümkün olub. M.N. adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib
Faktla bağlı araşdırma aparılır.