METBUAT.AZ

Siyasət

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq

18 sen 2023 10:27

Bakıda “İtkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün milli və qlobal səylərin artırılması" mövzusunda beynəlxalq tədbir keçirilir.

Metbuat.az xəbər verir ki, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Küveyt dövlətinin əsir və itkin düşmüş dövlətlər üzrə xarici işlər nazirinin köməkçisi səfir Rabea Saad Al-Adsani, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Fariz Rzayev, BQXK-nın mərkəzi axtarış agentliyinin rəhbəri Florence Anselmo və digər rəsmi şəxslər iştirak edir.

Tədbirdə itkin düşmüş insanların problemləri haqqında qısa film nümayiş olunub.

Eyni zamanda, Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev tərəfindən oxunub.


metbuat.az.