METBUAT.AZ

Siyasət

Bakıda TDT ölkələri nazirlərinin ikinci görüşü

7 sen 2023 10:30

Bakı Konqres Mərkəzində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşü öz işinə başlayıb.

Metbuat.az xəbər verir ki, tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistanın fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak edirlər.

TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün keçirilməsində məqsəd təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir.

Günün ikinci yarısında isə Ələt qəsəbəsində “Bakı 2023” beynəlxalq təlimi keçiriləcək.


metbuat.az.