7 sen 2023 14:54
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Banqladeşdə "denge" qızdırması epidemiyasının indiyə kimi müşahidə edilənlər arasında ən ciddisi olduğunu bəyan edib.
Metbuat.az xəbər verir ki, qurum bildirib ki, son rəqəmlərə görə, ölkə üzrə 135 mindən çox yoluxma halı qeyd olunur, onlardan 650-si ölümlə nəticələnib. Epidemik vəziyyət nəticəsində ölkənin səhiyyə sistemini həddindən artıq yüklənir, çünki paytaxtda xəstələnmə hallarının azalmasına baxmayaraq, respublikanın müxtəlif yerlərində daha çox xəstəliyə yoluxma halları qeyd olunur.
Hazırda təşkilatın mütəxəssisləri epidemioloji nəzarəti gücləndirmək, tibb mərkəzlərinin işinin səmərəliliyini artırmaq və yerli hökumətlərlə qarşılıqlı əlaqə yaratmaq üçün artıq Banqladeşin müxtəlif bölgələrinə ezam olunublar. Alimlər təkcə Banqladeşdə deyil, həm də Afrikanın Saрara səhrasından cənubunda Afrika ölkələrində və Cənubi Amerikada denge xəstəliyinin yayılmasını ümumi iqlim istiləşməsi ilə əlaqələndirirlər.