METBUAT.AZ

Dünya

Blaşçak Polşanın məxfi sənədlərini paylaşdı

18 sen 2023 16:50

Polşanın müdafiə naziri Mariuş Blaşçak seçki kampaniyası üçün ölkə ordusu ilə bağlı “tam məxfi” sənədləri açıqladığına görə tənqid edilib.

Metbuat.az xəbər verir ki, Blaşçak özünün X sosial media hesabında paylaşdığı vidoeda əvvəlki hökumətin Polşanı yalnız Varşavadan keçən Vistula çayının yerləşdiyi nöqtədən müdafiə etməyi planlaşdırdığını göstərən sənədləri nümayiş etdirib. Paylaşılan videoda Polşa Silahlı Qüvvələrinin müdafiə planlarını əks etdirən fotoşəkillər və keçmiş müdafiə naziri Boqdan Kliçin imzaladığı sənədlərdəki "tam məxfi" olan fotolar da yer alıb.

Blaszczak, əvvəlki hökumətin bununla Polşanın yarısını verməyə hazır olduğunu iddia edib. Müxalifət Blaşçakı tənqid edərək, bu sənədlərin açıqlanmasının səhv olduğunu ifadə edib.


metbuat.az.