23 sen 2023 09:38
Bu həftə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək imkanının olduğunu qeyd edən Blinken bu həftə regionda baş verən proseslərlə bağlı narahatlıqlarını çatdırdıqlarını bildirib.
Metbuat.az xəbər verir ki, o , Anadolu agentliyinin jurnalistinə verdiyi açıqlamada hər iki tərəflə və Avropa Birliyi (AB) ilə sıx əlaqədə olduqlarını açıqlayıb.
Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında son 24 saat ərzində keçirilən görüşlərə diqqət çəkən Blinken danışıqların və diplomatiyanın vacibliyinə diqqət çəkib.
ABŞ Dövlət Katibi Blinken "Söhbət suverenlik, ərazi bütövlüyü və müstəqillikdən gedirsə, hər kəsin adından bu məsələlərin arxasındayıq", deyə fikirlərini tamamlayıb.