18 sen 2023 08:41
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını artıq Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin postunu keçib.
Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, humanitar yardım daşıyan avtomobilləri qarşı tərəfdə BQXK-nın Xankəndində yerləşən ofisinin nümayəndələri qarşıladılar.
Hazırda avtomobillər Xankəndi istiqamətinə hərəkət edir.
***
06.50
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını Rusiya sülhməramlı kontingentinin Ağdam-Xankəndi yolundakı postunun qarşısında gözləyir.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, qarşı tərəfdən cavab gəldiyi təqdirdə humanitar yüklü avtomobillərin Xankəndi istiqamətinə maneəsiz keçid reallaşacaq.
***
05.34
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını artıq işğaldan azad edilmiş Ağdam rayon ərazisinə daxil olublar.
APA-nın Qarabağ bürosu xəbər verir ki, humanitar yardım daşıyan avtomobillər Ağdam-Xankəndi yolu vasitəsi ilə Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidən keçid edərək Xankəndinə gedəcək.
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.