26 sen 2023 12:36
BQXK-ya Qarabağa müstəsna giriş imkanı verilməsi üzərində iş aparılır.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələr həyata keçirməsi və yardımlar çatdırması üçün müstəsna giriş imkanının təmin edilməsi üzərində işlənilir.