11 sen 2023 10:12
Saxa-Yakutiya Respublikasında (RF) yaşayan tanınmış soydaşımız Əliş Zabid oğlu Məmmədov 10 sentyabr 2023-cü ildə keçirilən deputat seçkilərində qalib gələrək, ardıcıl olaraq 4-cü dəfə Saxa Dövlət Məclisinin – İl Tümənin üzvü seçilib.
Metbuat.az xəbər verir ki, bu barədə onun dostu Əkbər Qoşalı bildirib. Qeyd edilib ki, onun topladığı səs faizi (84,53%, 25 saylı Xanqala Seçki Dairəsi) Saxa (Yakutiya) üzrə ən yüksək göstəricidir.
Əliş Məmmədov (10 fevral 1958-ci il, Oraban, Şəki) 1989-cu ildən “YakutSement”in baş direktorudur. O, Saxa (Yakutiya) Respublikasının Əməkdar inşaatçısı, respublikanın (habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin) fəxri vətəndaşıdır. O, həmçinin xeyriyyəçi kimi də geniş şöhrət qazanıb.