20 sen 2023 10:59
Ulduzları təhlil edən ekspertlər həftəsonuna qədər neqativ enerjinin təsiri barədə məlumat veriblər.
Metbuat.az bir neçə bürcün həftəsonu proqnozunu təqdim edir:
Əziz Xərçənglər, bu həftə ərzində ehtiyacınız olmayan şeyləri almağa çalışmayın. Həftəsonuna qədər sizi aldada bilərlər. Ddiqqətinizi cəmləməkdə çətinlik çəkə bilərsiniz. Fikriniz yayına bilər və verdiyiniz vədləri unuda bilərsiniz. Hər şeyi diqqətlə qeyd edin və üzərinizə götürdüyünüz məhsuliyyətlərin fərqinə varın.
Şirlər bu həftə, ilk növbədə, yox deməyi öyrənməlidirlər. Xüsusilə də maliyyə məsələlərində bir şeyə imza atmaq lazımdırsa olduqca diqqətli olun. Ani düşüncəsizlik səbəbindən əşyalarınızı itirə bilərsiniz. Sizi dəyərsiz hiss etdirə biləcək hər cür mühitdən və insanlardan uzaq durun.
Bu həftə ərzində Qız bürcü uğursuzluğa düçar ola bilər. Yeni münasibətə və ya ortaqlığa başlamağa ehtiyatlı olun. Tuta bilməyəcəyiniz sözlər verməyin. Sizinlə münasibətdə dürüst olmayan insanlardan uzaq durun.
Tərəzilər üçün bu həftə özünüzü kəşf etmək baxımından olduqca faydalı olacaq. Evdə-eşikdə bəyənmədiyiniz hər şeyi dəyişə və hətta bəzi əşyaları ata da bilərsiniz. Astroloqlar deyir ki, həftəsonuna qədər ümidsizlik yaşayacağınız hadisələrə şahidlik edə bilərsiniz, ehtiyatlı olun.
Aidə / Metbuat.az