METBUAT.AZ

İqtisadiyyat

Bu il Azərbaycanda qiymətləri ən çox artan məhsullar -

4 sen 2023 14:06

2023-cü ilin yanvar-iyul aylarında tərəvəz qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 28.4%, hava nəqliyyatı ilə sərnişin daşınması xidmətlərinin qiyməti isə 23.7% artıb.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında illik inflyasiya dərmanlarda 17.8%, ət və ət məhsullarında 15.6%, ərzaq məhsulları, içkilər, tütün məhsullarında isə 14.3% təşkil edib.

MəhsullarQiymət artımı illik müqayisədə
Tərəvəzlər28.40%
Hava nəqliyyatı ilə sərnişin daşınması23.70%
Dəftərxana ləvazimatları18.90%
Dərmanlar17.80%
Zinət əşyaları16.40%
Çay, qəhvə və kakao15.70%
Ət və ət məhsulları15.60%
Ərzaq məhsulları, içkilər, tütün14.30%
Çörək və çörək məmulatları14%
Mebel və ev əşyaları12.10%
Avtomobillərin təmiri11.60%

metbuat.az.