6 sen 2023 15:35
2023-cü ilin yay ayı ən çox istilərin müşahidə olunduğu il olub.
Metbuat.az xəbər verir ki, bu barədə "Kopernik İqlim Dəyişikliyi" xidməti məlumat yayıb.
Qeyd edilib ki, havanın temperaturu 2023-cü ilin iyun, iyul və avqust aylarında qlobal miqyasda ən yüksək səviyyəyə çatıb.
Cari ilin yayında havanın temperaturu orta göstəricidən 0,66 dərəcə yuxarı qalxaraq 16,77 dərəcəyə çatıb.
Bu ilin ilk 8 ayında aparılan ölçmələrlə 2023-cü il 2016-cı ildən bəri rekordların ən isti ili olub.