METBUAT.AZ

Gündəm

Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək -

6 sen 2023 19:04

"Bağça müəllimlərinin sertifikatlaşdırılması yəqin ki mərhələli proses olacaq. İndiyə qədər 50 faiz müəllimin məktəbəqədər təhsil ixtisasında olmadığı müəyyən edildi. Lakin biz güzəşt etdik, onları işdə saxladıq. Növbəti mərhələdə yəqin ki, diaqnostik testlər olacaq".

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, ölçmə aləti reallığa uyğun olacaq. Müəllimlərin bir neçə şansı olacaq. Əlbəttə ki, ən zəif nəticə göstərən müəllimlə sonda əmək müqaviləsinə xitam veriləcək.


metbuat.az.