13 sen 2023 13:10
"Estoniya Avropa Komissiyasının direktivinə uyğun olaraq, Rusiya qeydiyyatlı avtomobillərin ölkəyə girişini qadağan edir".
Metbuat.az xəbər verir ki, bunu Estoniya daxili işlər naziri Lauri Lyaenemets bildirib.
“Sentyabrın 13-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobil sahibi ya Rusiyaya qayıtmalı, ya da avtomobilsiz sərhədi keçməli olacaq” , - nazir vurğulayıb.