13 sen 2023 15:54
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) xarici media üçün brifinq keçirib.
XİN-dən Metbuat.az-a verilən xəbərə görə, Ceyhun Bayramov Ermənistanın ərazilərimizin işğalı nəticəsində yaratdığı qondarma rejimin 9 sentyabr tarixində “seçki” adı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbə olduğu diqqətə çatdırıb.
O, ölkəmizin konstruktiv mövqeyi və addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.