17 sen 2023 11:14
Bakıda işıqforun yaşıl işığında keçən sürücülər yol ayrcını keçməmiş tıxacda qalıblar. Nəticədə kəsişən yolda yaşıl işıq yanan zaman hərəkət edən avtomobillər isə yol ayrıcını keçə bilməyiblər.
Bununla bağlı görüntülər iki gün əvvəl Bakıda lentə alınıb. Görüntülərdən aydın olur ki, bəzi sürüclər yol ayrıcını keçmə qaydasını kobud şəkildə pozurlar. Bu qayda pozuntusu yollarda sıxlığın yaranmasına səbəb olur.
Yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artdığını nəzərə alsaq, məsələ daha da aktuallaşır.
Məsələ ilə bağlı "Xəzər Xəbər"ə danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli sürücüləri bu qayda pozuntusunu törətməməyə çağırıb. Bildirib ki, bununla bağlı cərimələr də sərtləşdirilərək 80 manata çatdırılıb.
Araz Əsgərli əlavə edib ki, bu məsələ daim polisin diqqətindədir. Belə qayda pozanlar həm yol patrul xidməti əməkdaşları tərəfindən, həm də xüsusi texniki vasitələr ilə müəyyən edilir.