27 sen 2023 12:41
"FourFourTwo" dünya futbol tarixinin ən yaxşı məşqçilərinin reytinqini tərtib edib.
Metbuat.az xəbər verir ki, birinci yeri “Mançester Yunayted”dəki uğurlu karyerası ilə tanınan şotlandiyalı mütəxəssis Aleks Ferqyuson tutub. Reytinqdə ikinci yeri Rinus Mişels tutub, ilk "üçlüy"ü isə Yohan Kroyff tamamlayıb.
Bütün zamanların ən yaxşı "onluğ"una həmçinin bu mütəxəssislər salınıb: Bill Şenkli, Pep Qvardiola, Arriqo Sakki, Mett Basbi, Helenio Herrera, Ernst Happel, Valeri Lobanovski.
Portuqaliyalı Joze Mourinyu 12-ci, italiyalı Karlo Ançelotti isə 17-ci olub.