19 sen 2023 10:49
X sosial media platformasının bütün istifadəçiləri platformaya giriş üçün pul ödəməli ola bilərlər.
Metbuat.az xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask açıqlama verib. O bildirib ki, saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sisteminin tətbiqidir.
"Biz sistemin istifadəsi üçün aylıq kiçik ödəniş almağa keçirik" – İlon Mask deyib.
Lakin şirkət məsələ ilə bağlı təfərrüatlar üçün müraciətlərə cavab verməyib.
Qeyd edək ki, Mask sosial media platformasındakı botlara və saxta hesablara qarşı ödəniş sisteminin tətbiqini irəli sürür.