27 sen 2023 21:59
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub.
Metbuataz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Qarabağdakı vəziyyət, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin perspektivlərini və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər.
Tərəflər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.