28 sen 2023 10:42
Niger və Qabonda ardıcıl hərbi çevrilişlərlə sarsılan Afrikada bu dəfə Burkina Fasoda gərginlik artıb.
Metbuat.az xəbər verir ki, Burkina Fasodakı xunta ölkədə dövlət çevrilişi cəhdinin qarşısının alındığını açıqlayıb. Administrasiyanın kəşfiyyat xidməti çevrilişə hazırlaşan qrupların qarşısını aldığını bildirsə də, təfərrüatları açıqlamayıb. Açıqlamada bildirilir ki, bəzi məmurların və onların işbirlikçilərinin rəsmi qurumlara hücum edərək ölkəni xaosa sürükləmək cəhdlərinin qarşısı alınıb. Bəzi şəxslər saxlanılıb.
Qeyd edək ki, “Əl-Qaidə” və radikal islamçı qruplarla qarşıdurmaların gücləndiyi Burkina Fasoda hərbi xunta ötən il hakimiyyətə gəlib.