METBUAT.AZ

Ölkə

Daha bir partiya qeydiyyat alındı

5 sen 2023 12:32

Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasını dövlət qeydiyyatına alıb.

Metbuat.az bildirir ki, bu barədə AMİP rəsmisi Rəşad Aydın məlumat verib.

“Ədliyyə Nazirliyi tərəfindən 4 sentyabr 2023-cü il tarixdə ünvanlanmış məktubda partiya üzvlərinin reyestr məlumatlarının yoxlanılaraq təsdiq olunduğu bildirilib”-deyə o vurğulayıb.

Qeyd edək ki, bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Dünən iki partiya - deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası dövlət qeydiyyatına alınıb. Bu gün isə İqbal Ağazadənin sədri olduğu "Ümid" partiyası nazirlikdən təsdiq alıb.


metbuat.az.