28 sen 2023 10:10
Separatçı rejimin saxta prezident müşaviri David Babayan təslim olacağının bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat verib.
O qeyd edib ki, bu gün Xankəndidən Şuşaya gedəcək:
"Bu qərar narahatlıq və stress yaradacaq, amma əminəm ki, məni anlayacaqlar. Mənim yoxluğum və ya daha pisi, qaçmağım, bizim millətimizə ciddi ziyan vuracaq".