11 sen 2023 15:28
G20 proqramından sonra Vyetnama gedən ABŞ Prezidenti Co Bayden orada etdiyi çıxış zamanı qəribə məqam yaşanıb.
Metbuat.az xəbər verir ki, Bayden səhnəyə çıxanda "Mən yatıram" deyə zarafat edib. Yalnız 5 suala cavab verəcəyini bildirən Bayden, "Mən yalnız mənə verilən əmrləri yerinə yetirirəm" deyə bildirib. Baydenin sözlərindən qısa müddət sonra mikrofonu kəsilib. Bayden mikrofonunun kəsilməsinə baxmayaraq çıxışını davam etdirərkən salonda 80-ci illərin caz musiqisi səslənməyə başlayıb. Ağ Evin mətbuat katibi Karine Jan-Pierr isə onun sözünü kəsərək, "Hər kəsə təşəkkür edirəm. Bununla mətbuat konfransı yekunlaşır. Hər kəsə təşəkkür edirəm" deyə bildirib. Ardınca Bayden səhnəni tərk etməli olub.