METBUAT.AZ

Gündəm

Deputatın partiyası qeydiyyata alındı

11 sen 2023 12:23

Ədliyyə Nazirliyi Demokratik İslahatlar Partiyasını (DİP) yenidən dövlət qeydiyyatına alıb.

Metbuat.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

“Demokratik İslahatlar Partiyası “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun tələbinə uyğun olaraq partiya üzvlərinin reyestr məlumatlarını və qeydiyyat üçün tələb olunan digər sənədləri AR Ədliyyə Nazirliyinə təqdim edib. Ədliyyə Nazirliyi təqdim edilən sənədlərin düzgünlüyünü nəzərdən keçirərək partiyanı yenidən dövlət qeydiyyatına alıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, DİP-in sədri Asim Mollazadədir.


metbuat.az.