METBUAT.AZ

Elm və Təhsil

DİM sədrinin postunda getməsi ilə bağlı iddialara nazirdən

6 sen 2023 17:03

Xəbər verdiyimiz kimi, bir müddət öncə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin postundan gedəcəyi və onun səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə veriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu gün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə münasibət bildirib:

"Bu səlahiyyətlər Azərbaycan Prezidentinin səlahiyyətindədir. Yalnız o qərar verir ki, bu məsələlər necə tənzimlənəcək. Bunu müzakirə etməyimiz məntiqsiz görünür".


metbuat.az.