29 sen 2023 17:26
Artıq dövlət qulluğuna qəbul imtahanlarına kibergigiyena ilə bağlı suallar salınıb.
Bunu Metbuat.az-a açıqlaması zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov deyib.
İdarə rəisinin sözlərinə görə, oktyabr imtahanlarında ilk imtahan verənlər bu suallarla qarşılaşacaqlar.
“Bununla bağlı məsələ artıq Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılıb. Bu təşəbbüs ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası çıxış edib. Bütün dövlət qulluqçuları işə qəbul olunarkən təməl informasiya təhlükəsizliyi, kompüterdən təhlükəsiz istifadə qaydalarını bilməldir. Buna görə də, kompüter suallarının içinə kibergigiyena ilə bağlı, informasiya təhlükəsizliyi ilə bağlı suallar daxil edildi”, - deyə Tural Məmmədov əlavə edib.