METBUAT.AZ

Dünya

Dövlət qurumunun işçiləri dəbilqədə çalışır -

6 sen 2023 09:28

Hindistanda dövlət qurumunun binasından yayılan görüntü gündəm olub.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, ölkənin Telenqana əyalətində yerləşən İnkişaf Departamentinin binası yararsız vəziyyətdədir. Buna görə də, işçilər başlarına düşən tavan parçalarından qorunmaq üçün dəbilqə taxaraq çalışırlar.

Binada tez-tez xoşagəlməz halların yaşandığı, işçilərdən birinin isə xəsarət aldığı bildirilir. Görüntülərin yayılmasından sonra qurumun köçürüləcəyi qeyd edilib.



metbuat.az.