METBUAT.AZ

İdman

Dünya çempionu bu klubda məşqçi oldu

14 sen 2023 14:12

Fransanın “Lion” klubunda məşqçi axtarışları başa çatmaq üzrədir.

Metbuat.az xəbər verir ki, Cennaro Qattuzo ilə razılığa gələ bilməyən “Lion” klubu Fabio Qrosso ilə anlaşıb. Məlumata görə, tərəflər iki illik müqavilə üçün razılığa gəliblər.

Qeyd edək ki, 45 yaşlı Qrosso 2007-2009-cu illərdə “Lion”da çıxış edib. O, 2006-cı ilə futbol üzrə dünya çempionatının final oyununda penaltini dəqiq yerinə yetirməklə İtaliyanın çempion olmasında rol oynamışdı.


metbuat.az.