METBUAT.AZ

İdman

Dünyanın ən uzun adlı komandası

14 sen 2023 11:04

İspaniya La Liqası dünyanın ən uzun adlı klubuna sponsorluq edəcək.

Metbuat.az xəbər verir ki, sözügedən klubun tam adı "Llanfairpwllgwyngyllgogerychwyrndropwllllantysiliogogogoch"dur. Uels Liqa 5 təmsilçisinin qısa adı isə “CPD Llanfairpwll”dir

Razılaşma çərçivəsində komandanın formalarında yeni La Liqa loqosu əks olunacaq. Uelsin 5-ci divizionundan mübarizə aparan klubla müqavilə 1 mövsümlükdür.

Klubun adının verildiyi qəsəbənin adında qoşa “l” hərfi beş dəfə təkrarlanır. Bu beş qoşa samitdən hər biri La Liqa loqosu şəklində təsvir olunacaq.


metbuat.az.