20 sen 2023 23:31
Xankəndi, Xocalı və Xocavənd məsələsi həll edildi. Anriterror tədbirlərinin nəticəsindən sonra Əliyevin çıxışı da bunu təsdiq edir.
Metbuat.az axar.az-a istinadən qısa şərhi təqdim edir:
- Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib;
- Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk, eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocavənddə yaradacağıq.
Bu iki mesaj hər şeyi ifadə edir. Əliyevin çıxışında iki məqam da diqqət çəkdi.
Birincisi, 18:00 radələrindən Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin tərki-silah edilməsi prosesi başlanıb;
İkincisi, separatçıların iki yolu var: “əski parçasını da сibinə qoyub, çıxmalıdır Qarabağdan”; çıxmayanlar həbs olunacaqlar;
Bundan sonra erməni əhalisinin reinteqrasiyası prosesi başlanır.