14 sen 2023 15:06
2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350.888, qeyri-neft sektorunun özəl bölməsində isə 331.018 artıb.
Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5 faizdən 49,7 faizə çatıb.