5 sen 2023 18:27
Astroloqlar ən şübhəci, qısqanc bürcləri müəyyən ediblər.
Metbuat.az həmin bürcləri təqdim edir:
Balıqlar
Bu bürc altında doğulan insanlar emosionallıqları ilə seçilirlər. Hisslərin qarışıqlığı onlara qərar verməkdə çətinlik yarada bilir. Daim nələrdənsə şübhə edirlər ki, bu da onlara sevgi münasibətlərində maneə törədir. Qısqanclıqları ilə sizi münasibətdən soyuda bilərlər.
Şir
Şir bürcü altında dünyaya gələn insanların liderlik istəyi ikili münasibətlərdə də özünü göstərir. Siz bütövlükdə onlara aid olmalısınız, əks halda onların qısqanclıq kaprizləri ilə mübarizə aparmalı olacaqsınız. Şübhə yaratmamağa çalışın.
Əqrəb
Əqrəblər onsuzda sosial münasibətlərdə zəif, asosial insanlar olurlar. Xüsusən bu bürc altında doğulan qadınlar şübhə duyan, qısqanc insanlar olurlar. Onlarda şübhə yaratsanız, intiqam almağa çalışacaqlar.