METBUAT.AZ

Ölkə

Energetika Nazirliyi “ASAN Xidmət”də

5 sen 2023 10:00

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərin göstərilməsinə başlanılıb.

Bu barədə Metbuat.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasinin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.21-ci bəndinə uyğun olaraq, 2023-cü ilin 4 sentyabr tarixindən Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində müvafiq xidmətlərin göstərilməsinə başlanılıb.

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə sənədlərin qəbulu və hazır icazələrin verilməsi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri Nazirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək.


metbuat.az.