7 sen 2023 10:38
Azərbaycanlı jurnalist və diplomat Ənvər Məmmədov dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Ria Novosti” yayıb.
Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub. Ənvər Məmmədov SSRİ Xarici İşlər Xalq Komissarlığında işləyib, Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib. 1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.
1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir müşaviri, SSRİ jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə - "Sovinformburo"nun baş redaktoru, rəhbərinin birinci müavini, 1961-ci ildən APN sədrinin birinci müavini vəzifəsini tutub. 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini, 1986-1992-ci illərdə APN-də siyasi müşahidəçi olub, uzun müddət "RİA Novosti" xəbər agentliyinin baş redaktorunun müşaviri işləyib.
7 orden və 10 medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilirdi.