METBUAT.AZ

Dünya

Ərdoğan İslam dünyasını həmrəyliyə çağırdı

16 sen 2023 08:25

“İslam dünyası olaraq ancaq birlikdə hərəkət edəcəyimiz təqdirdə nəyəsə nail ola bilərik”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk İş Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, dünyada baş verən geosiyasi proseslər göstərir ki, həmrəy olmağın vaxtıdır: “Əks halda, çətin olacaq”.

Ərdoğanın sözlərinə görə, Ankaranın çağırışları sadəcə çağırış xətrinə deyil. Bunun belə olduğunu düşünənlər yanılırlar.


metbuat.az.