11 sen 2023 19:40
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Ermənistan münasibətləri və regional məsələlər müzakirə edilib.
Ərdoğanın Paşinyanla telefon danışığında bölgədə daimi sülh və sabitliyin bərqərar olmasının bütün region ölkələrinin inkişafına və rifahına töhfə verəcəyi vurğulanıb.