METBUAT.AZ

Siyasət

Ərdoğan Putinlə danışıqların nəticələrin G20 liderlərinə çatdıracaq

8 sen 2023 09:31

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20-nin 18-ci sammiti çərçivəsində Soçidə Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələrini Qərb liderlərinə təqdim edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə daxilindəki diplomatik mənbə bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə görüşüblər. İki ölkə liderləri “taxıl müqaviləsi” ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər.


metbuat.az.