21 sen 2023 09:56
Erməni bloger Karen Şirinyan Azərbaycan prezidenti İlham Əliyevdən qanunsuz xuntanın bütün nümayəndələrini həbs etməyi xahiş edib.
Metbuat.az Caliber-ə istinadən xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.
“Mən Azərbaycan liderindən yalnız bir şey istəyirəm: Qarabağın dəyərsiz “prezidenti” və “nazirləri” həbs edilsin, günahsız insanlara yol verilsin. Qarabağa vəba və xalqları məhv edənlər lazım deyil”, - Karen Şirinyan yazır.